Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq. Astara rayonu, Kijəbə kənd sakini Zülfüqarov Eldəniz Sultanağa oğlu tərəfindən Hurriyyet
Şikayətçi iddia edir ki, sosial yardım üçün verilən müavinət kartındakı pul öncədən çəkilib: “Mən, Zülfüqarov Eldəniz Sultanağa oğlu, yazara
Bildirim ki, Astara rayonu, Kijəbə qəsəbəsində yaşayıram. 30 yanvar 2024-cü ildə ünvanlı sosial yardım üçün müraciət etmişdim.
Mənə bildirildi ki, fevralın 15-dən sonra müraciətinizə baxılacaq.
Fevralın 16-da getdim, dedilər ki, texniki problemlərə görə, sənədinizə baxılmayıb. Aprel ayının 23-də evimə baxış keçirdilər.
Həmin ayın 29-da isə imtina mesajı gəldi. Bununla əlaqədar nazirliyin “142” nömrəli qaynar xəttinə zəng etdim.
İmtinanın səbəbi kimi bildirdilər ki, ünvanı Kijəbə qəsəbəsi yox, Ojakəran kəndi kimi göstərmisən. Halbuki, mən Kijəbə qəsəbəsi demişdim.
May ayının 1-də yenidən müraciət etdim. Avqust ayının 29-da evimə baxış keçirdilər.