Sosial yardımla bağlı YENİLİK Yeni Gündəm

09.12.2024

Icma.az xəbər verir, Yenigundem saytına əsaslanaraq.

Ünvanlı dövlət sosial yardımın təyin olunması proseduru asanlaşdırılır.

Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Qeyd edilib ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.

Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью