Sosioloq: Azərbaycanda heyvanlara olan sevgi böyükdür | Icma.az
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır. Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.APA-nın xəbərinə gö
Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə səkkiz yüz manatdan min manatadək məblə
Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsinə görə isə cərimələr müəyyənləşir.İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 274-1-ci maddəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.Mövzu ilə bağlı "Sherg.az"a fikirlərini bölüşən sosioloq Mətanət Məmmədova deyib ki, ölkəmizdə əksər insanlar tərəfindən heyvanlara münasibət çox yaxşıdır:“Bunu gündəlik həyatımızda da müşahidə edirik.
Marketlərdən, heyvandarlıq mağazalarından, qidaların alınıb, küçələrdə, parklarda heyvanlara verilməsini və onlar üçün müxtəlif yerlərdə su qoyulmasını müşahidə eləmişik.
Azərbaycanda heyvanlara olan sevgi böyükdür. Bu isə bizim Şərq insanının fərdi keyfiyyətlərindən irəli gəlir.
Ümumiyyətlə, bizim millət ürəyi yumşaqdır. Hər bir coğrafiyaya uyğun insanlar yetişir, yəni hər kəs öz coğrafiyasına oxşayır.
Biz də öz coğrafiyamıza uyğun olaraq ürəyi yumşağıq və hər zaman heyvanlara rəhm edirik. Lakin aramızda rəhmsiz insanlar da olur.
Tam oxu
Xəbəri oxu