Sosioloq: Xalqımız sanki öz dilinə nifrət edir | Icma.az
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Bu ciddi problemdir.
Xüsusilə, Bakı şəhərində gəzərkən şəhərin sanki Azərbaycana aid olmadığını görürsən.
Artıq şəhərdə Azərbaycan dilində hansısa obyektə rast gəlmək olmur, obyektlərin 99 faizi Avropa dillərində qoyulan adlardır.
Bununla özlərini üstün, müasir göstərməyə çalışırlar. Dünyanın heç bir yerində əcnəbi dilə bu qədər üstünlük verildiyi görülməyib.
Hər hansı bir obyektin fəaliyyəti verdiyi xidmətlə, məhsullarının keyfiyyəti ilə ölçülməlidir. Adı nə olursa, olsun heç nə dəyişmir.
Təəssüf ki, bunu bizim sahibkarlara başa salmaq olmur. Sanki əcnəbi ad üstünlük deməkdir".Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq
Azərbaycan dilində olmayan obyektlər ləğv edilməli, adları dəyişdirilməlidir. Ölkəmizdə müəssisə adları ana dilində olmalıdır.
Yalnız beynəlxalq mağazalar və.s öz adlarından istifadə etməlidir.
Tam oxu
Xəbəri oxu