Şota Arveladze Kasımpaşa dan getdi

04.12.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Türkiyənin "Kasımpaşa" klubu gürcüstanlı baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi məlumat yayıb.

Məlumata görə, "Kasımpaşa" çalışdırıcı ilə qarşılıqlı razılıq əsasında müqaviləsini ləğv edib.

Qeyd edək ki, "Kasımpaşa" cari mövsümdə Türkiyə Superliqasında Arveladzenin rəhbərliyi altında 14 matçda 13 xal toplayıb. Uğursuz mövsüm keçirən klub turnir cədvəlində 14-cü sırada mövqe tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью