Şotlandiya KESlərində çalışacaq işçilər üçün 1,6 milyon funt sterlinq dəyərində təlim mərkəzi açılır AZƏRTAC

02.12.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

London, 2 dekabr, AZƏRTAC

Şotlandiyanın Aberdin şəhərində külək elektrik stansiyalarında çalışacaq işçilərin təlimi üçün 1,6 milyon funt sterlinq dəyərində yeni mərkəz açılacaq.

AZƏRTAC xəbər verir ki, Şotlandiyanın dənizdə yerləşən külək elektrik stansiyaları layihələri üçün ixtisaslaşmış avadanlıq və peşəkar işçi qüvvəsi təmin edən aparıcı şirkəti “Sarens PSG” Aberdində yeni Mükəmməllik Mərkəzinin yaradılması üçün 1,6 milyon funt sterlinq sərmayə qoyacağını və bununla yanaşı 25 yeni iş yerinin açılacağını elan edib.

Yeni təlim mərkəzi, külək enerjisi sahəsində ixtisaslaşmış işçilərin hazırlanmasına və bu sahədəki layihələrin uğurla həyata keçirilməsinə dəstək olacaq. Bu addım, Böyük Britaniyanın enerji müstəqilliyini artırmaq və təmiz, yerli enerji istehsalını genişləndirmək istiqamətində atılan mühüm bir addım kimi qiymətləndirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью