Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
Şotlandiyanın “Reyncers” klubu yeni baş məşqçisini müəyyənləşdirib.
İdmanxeber.az xəbər verir ki, komanda almaniyalı mütəxəssis Denni Röll ilə 2,5 illik müqavilə imzalayıb.
36 yaşlı çalışdırıcı daha əvvəl iki il “Şeffild Uensdey”i çalışdırıb.
Qeyd edək ki, “Reyncers” bu mövsüm Şotlandiya Premyer Liqasında keçirdiyi 8 oyunda cəmi bir qələbə qazanıb.