Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Şotlandiya millisində yeni baş məşqçi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Şotlandiya millisi Sebastyan Poçonyolinin rəhbərliyi altında çıxış edəcək.
QOL.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyası məlumat yayıb. 39 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Poçonyolini bu vəzifədə Stiv Klarkı əvəz edib. O, komandanı Millətlər Liqasında çalışdıracaq.
Qeyd edək ki, sabiq sol cinah müdafiəçisi olan Poçonyoli karyerası ərzində "Vest Bromviç" və "Brayton" kimi klublarda çıxış edib. O, Şotlandiya millisinin tarixində Almaniya yığmasının sabiq çalışdırıcısı Berti Foqtsdan sonra ikinci əcnəbi baş məşqçi olub.