Статья не опубликована
Şotlandiyada dövlət işçilərinə WhatsApp dan istifadə qadağan edilib | Icma.az

Şotlandiyada dövlət işçilərinə WhatsApp dan istifadə qadağan edilib

19.12.2024

Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.

Şotlandiya hökuməti əməkdaşları üçün bəzi mesajlaşma proqramlarını qadağan etmək qərarına gəlib.

İngiltərənin rəsmi koronavirus araşdırması siyasətçilərin Meta-ya məxsus WhatsApp-dan necə istifadə etməsi ilə bağlı gərgin müzakirələrə səbəb olmuş və məsələ ilə bağlı araşdırma başladılmışdı.

Aparılan araşdırmalar çərçivəsində dövlət idarəçilərinin və əməkdaşlarının təhqiramiz məzmunlu mesajları üzə çıxıb.

Hökumətin bu proqramların istifadəsi ilə bağlı siyasətinin nəzərdən keçirilməsindən sonra gələn ildən bütün "korporativ olmayan mobil mesajlaşma proqramları" rəsmi cihazlardan silinəcək.

Bildirilib ki, qadağa “WhatsApp”, “Signal” və “Facebook Messenger” kimi rəsmi dövlət kommunikasiyaları üçün istifadə edilməyən bütün mesajlaşma proqramlarını əhatə edəcək.

Mövsüm

Aznews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью