Şotlandiyada muzeydəki tarixi eksponatın vitrinini sındıran adam həbs edildi

15.07.2025

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şotlandiyanın Perth Muzeyində sərgilənən tarixi "Tale Daşı"nı qoruyan şüşə vitrin sındırılıb.

Kulis.az xəbər verir ki, hadisə ilə bağlı 35 yaşlı şəxs polis tərəfindən saxlanılıb.

152 kiloqramlıq bu daş XIII əsrdən bəri həm Şotland, həm də İngiltərə krallarının tacqoyma mərasimlərində istifadə edilib.

1296-cı ildə Şotlandiyadan aparılan daş 1996-cı ildə ölkəyə qaytarılıb. Daş 2023-cü ildə Kral III Çarlzın tacqoyma mərasimində də istifadə edilib və hal-hazırda Perth Muzeyində sərgilənir.

Qeyd edək ki, hadisə zamanı daş zərər görməyib, istintaq davam edir.

Fantastika sevərlərə şad xəbər: “Highlander” filminə daha bir ulduz qoşuldu Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də... "Santa-Barbara"nın ulduzu vəfat edib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью