Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Şotlandiyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 16 yaşlı yeniyetmə və 80 yaşlı kişi həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, TASS-ın yerli polisə istinadən yaydığı məlumata görə, “Piper Tomahawk II” tipli təyyarə oktyabrın 16-da Stirlinq şəhəri yaxınlığındakı Draymen kəndinin ərazisində qəzaya uğrayıb.
Hadisə yerinə gələn təcili yardım briqadaları təyyarədə olan hər iki şəxsin öldüyünü təsdiqləyib.
BBC-nin məlumatına görə, təyyarənin heyəti ilə əlaqə havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra kəsilib. Təyyarə Qlazqo hava limanından havaya qalxıb.
Qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırma başlanılıb. Hadisənin başvermə şəraiti ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.