Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Seltik” mövsümün sonuna dörd tur qalmış Şotlandiya Premyer Liqasının qalibi olub.
Futbolpress.az xəbər verir ki, komanda çempionatın XXXIV turunda səfərdə “Dandi Yunayted”i 5:0 hesabı ilə məğlub edərək xalını 84-ə çatdırıb. Belə durumda 66 xalla 2-ci pillədə qərarlaşan “Reyncers”in çempion olmaq şansı riyazi olaraq mümkün deyil.
“Seltik” öz tarixində 55-ci titulunu qazanaraq, klubun ümumi titul sayını “Reyncers”lə bərabərləşdirdi.