Şotlandiyanın paytaxtını səhv saldı, üzr istədi Video

01.04.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Müğənni Nadir Qafarzadə Londondan Şotlandiyanın paytaxtı Edinburqa yollanıb.

Axşam.az xəbər verir ki, ifaçı sosial media hesabında şəhərdən video yayımlayıb. Lakin Nadir paytaxtın adını Şotlandiyanın ən böyük şəhəri Qlazqo ilə səhv salıb:

"Şotlandiyaya gəlmişəm. Buraya Londondan qatarla gəldik. Bura çox xoşuma gəldi. Deyəsən paytaxtı Qlazqo (Şotlandiyanın paytaxtı Edinburqdur - red.) şəhərindəyəm. Düzü paytaxtlarla bağlı çox anlayışım yoxdur".

Onun bu səhvi sosial media izləyicilərinin gözündən yayınmayıb. Nadir buna görə daha sonra üzr istəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью