Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək"Sabah" - "Barselona" oyununun hakimləri müəyyənləşib. Sport24.az xəbər verir ki, matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Nikolas Uolş olacaq. Ona həmyerliləri Frensis Konnor və Deniel Makfarleyn köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.
VAR-da Endryu Dallas, AVAR-da Stiven Maklin olacaq.
Qeyd edək ki, Sabah" - "Barselona" görüşü noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyunun start fiti saat 21:45-də səslənəcək.