Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən ilin dekabr ayında Azərbaycan dilində qarşılığı olan 33 xarici söz 14 televiziya kanalının aparıcıları tərəfindən ümumi olaraq 1366 dəfə istifadə olunub. Məsələ ilə bağlı televiziyalara və aparıcılara xəbərdarlıq edilib. Problem yenidən təkrarlanacağı halda inzibati tənbehin tətbiq olacağı bildirilib.
Məsələ ilə bağlı əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, TV ekranlarında alınma sözlərin işlənməsi həssas və spesifik məsələdir:
"Hansı hallarda bu sözlərin istifadə olunduğunu, Azərbaycan dilində qarşılığı ola-ola işlədilib-işlədilmədiyini konkret monitorinqlə müəyyənləşdirmək mümkündür. Xüsusən müstəqillik dövründə alınma sözlərin istifadəsi artıb. Bunun əsas səbəbi yeni əşyaların, proseslərin və tendensiyaların yaranmasıdır. Bu anlayışların ifadəsi üçün bəzən xarici dillərin leksikasına ehtiyac yaranır. Bir çox hallarda bu sözlər yerində işlədilir. Lakin Azərbaycan dilində qarşılığı olan sözlərin əsassız şəkildə əvəzlənməsi qəbulolunan deyil".
O bildirib ki, bu məsələ ölkə prezidenti tərəfindən də müxtəlif çıxışlarda haqlı olaraq vurğulanıb:
"Xüsusilə şou proqramlarda geniş yayılan və məişət dilindən televiziya ekranlarına keçən parazit sözlər var. Bu cür ifadələrin danışıq dilindən ədəbi dilə daşınması yolverilməzdir. Alınma sözlərin işlədilməsinə görə inzibati cəza tətbiqi isə mürəkkəb məsələdir. Hansı sözün, hansı halda və hansı meyarla düzgün və ya yersiz sayılacağını müəyyənləşdirmək çətindir".
Filoloq deyib ki, mexanizmi aydın olmayan bu yanaşma praktik baxımdan problemlidir.
"Bununla belə, jurnalistlər, aparıcılar və efirə dəvət olunan şəxslər danışıq və fikir ifadəsində Azərbaycan dilinin öz sözlərinə üstünlük verməli, doğma dilin imkanlarından maksimum istifadə etməlidirlər"- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Məsələ ilə bağlı əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, TV ekranlarında alınma sözlərin işlənməsi həssas və spesifik məsələdir: