“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı 10 RR 662 VİDEO

31.08.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Zaqatalada yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 10-RR-662 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb. Kadrlardan göründüyü kimi, “şou” göstərməyə çalışan sürücü hərəkətdə olan avtomobillərə məhəl qoymadan iki maşının arasından keçib. 

Digər görüntüdə isə o, gecə saatlarında dairənin əksi istiqamətdə hərəkət edib. Xoşbəxtlikdən, həmin anda qarşıdan hər hansı nəqliyyat vasitəsi gəlməyib.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью