Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Jay-Z kimi tanınan reper Şon Karter, 2000-ci ildə "MTV Video Music Awards" mükafatlandırma mərasimindən sonra keçirilən tədbirdə 13 yaşlı qızı zorlamaqda ittiham edilir.
Oxu.Az-ın məlumatına görə, "NBC News" telekanalı məhkəmə sənədlərinə istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, "Diddy" ləqəbi ilə daha çox tanınan Şon Kombs də ittiham edilib.
Jurnalistlərin məlumatına görə, bu iş üzrə ilk iddia oktyabrda repçi Diddiyə qarşı qaldırılıb, dekabrın 8-də təkrar iddiada Jay-Z də yer alıb.
Zərərçəkənin adı açıqlanmasa da, işin bəzi təfərrüatı məlum olub.
O zaman 13 yaşında olan qız mükafatlandırma gecəsinə getmək istəyib, lakin bileti olmayıb.
Sürücülərdən biri ona baxaraq "Diddinin axtardığına uyğun olduğunu" qeyd edib. Gecəyə daxil olan qız məxfilik sənədlərini imzalayıb.