Sovet dövrünün məşhur “Saşa” ətri qadağan edildi

26.11.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Belarusda sovet dövründən tanınan “Saşa” odekolonunun satışı qadağan edilib.

Modern.az xəbər verir ki, Belarus Dövlət Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun məlumatına görə, odekolonun tərkibində parfümeriya və kosmetika məhsullarının istehsalında istifadəsinə icazə verilməyən maddə aşkarlanıb.

“Saşa” odekolonu 1970-ci illərdən tanınır. Onun adı sovet istehsalı olan “Təhlükəli yaş” filmində də çəkilir. Filmdə Yuozas Budraytisin canlandırdığı baş qəhrəman Narkis Rodimtsev ətriyyatçı kimi çalışır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью