Sovet estradasının ulduzu insult keçirib

11.06.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Xalq artisti, "Vesyolıye rebyata" ansamblının sabiq iştirakçısı, tanınmış müğənni Aleksandr Buynov insult keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Shot" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, 76 yaşlı sənətçi may ayında xəstəxanaya yerləşdirilib və ona işemik insult diaqnozu qoyulub. Həkimlərin müdaxiləsindən sonra A.Buynovun vəziyyəti sabitləşib və tibbi göstəriciləri normaya qayıtdığı üçün o, evə buraxılıb. Mütəxəssislər tərəfindən müğənniyə fiziki aktivliyi azaltmaq və daha çox istirahət etmək tövsiyə olunub.

Qeyd olunub ki, hazırda məşhur sənətkar artıq yaradıcılıq işləri ilə məşğuldur. Xəstəxanadan çıxdıqdan sonra o, yeni mahnı üzərində işləməyə başlayıb və vaxtaşırı səhnə çıxışları edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью