Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. Mixail Qorbaçov Azərbaycana deyil, xalqımız Kreml cəlladına dərs vermişdi Sonuncu sove
O zaman törədilmiş vəhşiliyin qanlı görüntüləri, xəyanətkar izləri milyonlarla insanı yüksək cərəyan kimi silkələyib eyni məcraya yönəltdi.
Yumruq halına gəlmiş xalqımız heç hərbi gücün ram edə bilməyəcəyi qüdrətli sipərə döndü.
Şəhərə yeridilmiş zəhmli bir güc–gecə yatmış şəhərin başında fırtına qoparmış müasir hərbi texnikanın və mərkəzi obyektlərə sıx-sıx yerləşdirilmiş qoşun bölüklərinin özü səhərin açılması ilə güclü qasırğanın qoynuna düşüb acizləşdi.
Gecənin qana bələdiyi şəhərin yaralarına gur işıq salan o qırğın səhəri vətəndaşı olduğu dövlətdən xəyanət və qəddarlıq görmüş xalqımız gur axınlarla Mərkəzi Komitə deyilən respublikanın baş qərargahına tərəf axışıb, gecəni burada keçirmiş, qorxub-çəkinmədən yerində dayanaraq zirehli texnikanın əhatəsində qalmış dinc, əliyalın soydaşlarımıza qoşulmağa can atırdı.
Qəzəblənmiş insan seli çox keçmədi ki, zirehli texnikadan “hörülmüş” dəmir hasarı uçuraraq, sanki, alov püskürən böyük vulkana döndü.
Çox keçmədi ki, yurdsevər rəssamlarımız Mərkəzi Komitənin qarşısında uzanan hündür divarı iri bir pannoya çevirib, qanlı “Bakı zəfəri”nin bədnam müəllifi, sovet rəhbəri Mixail Qorbaçovun böyük bir karikaturasını oraya rəsm etdilər.
Nəhəng təsvirdə Qorbaçovun əlindəki baltadan qan süzülürdü. Rəsmin altında rusca, “Qorbaçov insan qəssabıdır” anlamı verən sözlər yazılmışdı