Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Veneranı araşdırmaq üçün 1972-ci ildə kosmosa buraxılan Kosmos-482 adlı kosmik gəminin Hind okeanında qəzaya uğradığını açıqlayıb.Turkustan.az xəbər verir ki, Roskosmos yazılı açıqlamada Kosmos-482 kosmik gəmisinin taleyi ilə bağlı məlumat verib.Açıqlamada Kosmos-482-nin bu gün Türkiyə vaxtı ilə 09.24-də atmosferə daxil olduğu və kosmik gəminin İndoneziyanın qərbində Hind okeanına düşdüyü bildirilib.Açıqlamada qeyd olunub ki, kosmik gəmi 1972-ci ildə Veneranı araşdırmaq üçün kosmosa buraxılıb, lakin nasazlıq səbəbindən Yerin elliptik orbitində qalıb və daha sonra planetə qayıdıb.
Aytən Yaşar/ Turkustan.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.