Şövkət Mirziyayev Vahid Ələkbərovla görüşdü

06.10.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Rusiyanın enerji şirkəti “Lukoyl”un təsisçisi Vahid Ələkbərov oktyabrın 6-da Daşkənddə keçirilən görüşdə şirkətin Özbəkistandakı cari layihələrini və fəaliyyətinin genişləndirilməsi planlarını müzakirə ediblər.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Vahid Ələkbərov Mirziyayevə “Lukoyl”un Özbəkistanın enerji sektorundakı layihələrinin, o cümlədən geoloji kəşfiyyat işlərinin, perspektivli karbohidrogen yataqlarının işlənməsinin və şirkətin neft məhsullarının satışı üzrə pərakəndə şəbəkəsinin genişləndirilməsinin cari vəziyyəti barədə məlumat verib.

Bundan əlavə, tərəflər “Lukoyl”un Özbəkistanda fəaliyyətini genişləndirmək planlarını nəzərdən keçirib və şirkətin ölkənin neft-qaz sektorunda gördüyü cari işləri müzakirə ediblər.

“Xüsusi diqqət Özbəkistanda şirkətin layihələrinin cari vəziyyətinə və fəaliyyətinin genişləndirilməsi perspektivlərinə yönəldilib”, - deyə bildirilir.

Qeyd edək ki, “Lukoyl” Özbəkistanda 2004-cü ildən fəaliyyət göstərir və ölkənin neft-qaz sektorunun ən iri xarici investorlarından biridir. Şirkət “Özbəkneftqaz”la tərəfdaşlıq çərçivəsində hasilatın pay bölgüsü sazişləri əsasında “Kandım-Hauzak-Şadı” və “Cənub-Qərbi Hissar” layihələrini həyata keçirir. “Lukoyl”un məlumatına görə, bu layihələr çərçivəsində ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb, şirkətin Özbəkistana investisiyalarının həcmi isə təxminən 8 milyard dollar təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью