Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şövkət Orduxanov adına Qusar şəhər stadionu "Azenco" şirkəti tərəfindən Gənclər və İdman Nazirliyinin balansına verilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Teleqraf"a şirkətin inzibati işlər üzrə mütəxəssisi Zülfiyyə İsmayılova məlumat verib.
O, bildirib ki, tərəflər arasında hazırda təhvil-təslim işləri gedir. Prosesin isə iyulun sonuna doğru başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, "Azenco" şirkətinin rəsmiləri isə daha öncə Oxu.Az-a açıqlamalarında bildirmişdilər ki, stadionun şirkətlə heç bir əlaqəsi yoxdur. Mövzu ilə əlaqədar şirkətə yeni müraciətimiz isə cavabsız qalıb - şirkət nümayəndəsi əvvəl rəsmi şəxslərin ezamiyyətdə olduqlarını bildirib, daha sonra isə telefonunu söndürüb.