Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərədə özünü oliqarxın oğlu kimi təqdim edən və kriminal aləmlə əlaqələr quran gəncin ölümünün sirri hələ də açılmayıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərədə illiyi 38 min dollar olan məktəbdə oxuyan Zak Brettler rus və qazax milyarderlərinin övladlarının həyatına paxıllıq edib.
Onların dəbdəbəli həyat tərzindən təsirlənən, var-dövlət və statusa aludə olan Brettler özü üçün saxta bir şəxsiyyət yaradıb.
Sonrakı illərdə o, özünü “Zak İsmayılov” kimi təqdim etməyə başlayıb.
O, mərhum rus oliqarxının oğlu olduğunu və anasının Dubayda yaşadığını iddia edib. Bu yalan bütün Londonda sürətlə yayılıb.
Zakın yalanı kripto investoru Akbar Şamji və qanqster Verinder Şarmanı bir araya gətirib.
40-50 yaşlarında olan Şamji və Şarma Zakın uydurma sərvətindən pay qoparmağa çalışırdılar.