Soydaşımız Almatı sənət məclisində

01.05.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Qazaxıstan Mədəniyyət Nazirliyi, Türkiyənin Çukurova Ədəbiyyatçılar Dərnəyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Almatı şəhərində keçirilən X Kültür və Sənət Festivalı uğurla sona yetib.

Qazax dövlətçiliyinin yaranmasının 800, böyük sərkərdə Muxali Bahadırın anadan olmasının 855 və müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin 180 illiyi kimi əlamətdar tarixlərə həsr edilən festivalın proqramı üzrə konfrans, kitab tədqimatı, konsert, poeziya gecəsi və ekskursiyalar, eləcə də sərgilər təşkil olunub.

Beynəlxalq Aktivist Sənətçilər Birliyinin təmsilçisi, festivalda təsviri sənət qrupunun rəhbəri, rəssam Nəvai Metin XQ-yə açıqlamasında bildirib ki, Almatı Rəssamlıq Kollecinin tələbə və müəllim heyəti ilə görüşlərdə rəngkarlıq barədə qarşılıqlı fikir mübadilələri aparılıb. Sərgidə rəssamların əsərləri yüksək qiymətləndiriib və onlardan bir qrupu “Turan Birliyi” medalı ilə təltif olunub. Fotoqraf Aydın Mehdiyevin Azərbaycanın füsunkar təbiətini əks etdirən fotoları da böyük maraq doğurub.

“Bu cür sənət bayramlarının gələcəkdə də Orta Asiya ölkələrində ardıcıl şəkildə davam etdirilməsi planlaşdırılır” – deyə Nəvai Metin bildirib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью