Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyada yaşayan və fəaliyyət göstərən beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər Avropa Parlamentinin sədri Roberta Metsolaya Azərbaycana qarşı qəbul edilmiş qərəzli qətnamə ilə bağlı məktub ünvanlayıb.
Moderator.az xəbər verir ki, məktubda Qarabağdakı keçmiş separatçı qurumun həbsdə olan nümayəndələrinin azadlığının tələbi ilə növbəti dəfə Azərbaycana qarşı təzyiq göstərildiyi vurğulanıb.
Hüquqşünas sual verib ki, həqiqətənmi Avropa Parlamenti Azərbaycan hökumətindən vətəndaşlarını qətlə yetirən separatçı və terrorçuların qeyd-şərtsiz azadlığını tələb edir?
O, separatçıların 1990-cı illərdən etibarən 30 min azərbaycanlının ölümündə birbaşa iştirak etdiyini, Xocalıda 613 dinc sakinin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb.
Bundan əlavə, Azərbaycan ərazilərinin 20%-nin 30 il ərzində işğal altında saxlanıldığı, yeraltı və yerüstü sərvətlərinin qanunsuz şəkildə istismar edilərək talandığı və Ermənistan vasitəsilə xaricə çıxarıldığı vurğulanıb.
Həmçinin işğal nəticəsində Azərbaycan dövlətinə 100 milyardlarla zərərin dəydiyi, qanunsuz məskunlaşma siyasəti aparılaraq, Livan, Suriya, Ermənistan və Rusiyadan minlərlə insanın Qarabağa yerləşdirildiyi qeyd edilib.
Ekspert 30 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinin Ermənistanın işğalçılıq siyasətinə imkan yaratdığını xatırladıb.