Soydaşımız “Hakim Abay” mükafatçısı olub

28.08.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Abay Beynəlxalq Poeziya Akademiyasının Əndican Tibb Universitetində keçirilən məclisində Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu “Hakim Abay” qızıl medalı ilə təltif olunub.

Qazaxıstanın dahi mütəfəkkiri və şairi Abay Kunanbayevin yaradıcılıq irsini yaşadan, Türk dünyası və beynəlxalq miqyasda poeziya sahəsində əməkdaşlığı, tədqiqatları və ədəbi əlaqələri təşviq edən poeziya akademiyanın prezidenti Uluqbəy Yesdövlətin imzaladığı sənəddə Səlim Babullaoğlunun qardaş xalqlar ədəbiyyatına və poeziyasına verdiyi töhfələrə görə qurumun və TÜRKSOY Yazarlar Birliyinin birgə qərarı ilə həmin medala layiq görüldüyü qeyd olunub.

Xatırladaq ki, “Dünya ədəbiyyatı” dərgisinin təsisçisi olan Səlim Babullaoğlu bəşəri ədəbi irsin təbliğinə verdiyi töhfələrə görə Amerikanın nüfuzlu “Orfey” mükafatına və “TÜRKSOY Medalı”na da layiq görülüb.

Ə.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью