Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
İtaliyanın Apuliya regionunun Molfetta və Bişelye şəhərlərində ilk Aralıq dənizi Beynəlxalq Dirijorluq Müsabiqəsi keçirilib. Sənət yarışı görkəmli italyan dirijoru və musiqi pedaqoqu maestro Mariano Pattinin xatirəsinə həsr olunub.
Beynəlxalq müsabiqədə dünyanın 30-dan çox ölkəsindən 100-ə yaxın gənc dirijor iştirak edib. Yarışmanın münsiflər heyətində Azərbaycanı ilk dəfə Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və Dövlət Kamera Orkestrinin dirijoru, Əməkdar artist Əyyub Quliyev təmsil edib. O, tanınmış dirijorları, musiqiçiləri və aparıcı musiqi təşkilatlarının nümayəndələrini bir araya gətirən bu nüfuzlu komissiyanın üzvü olub.
Müsabiqənin seçim turları və yarımfinal mərhələsi Molfetta şəhərində yerləşən Auditorium Madonna della Rosa konsert zalında keçirilib. Final mərhələsi isə Bişelye şəhərinin tarixi Teatro Garibaldi teatrının səhnəsində baş tutub.
XQ