Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lüksemburqda Azərbaycan– Lüksemburq Dostluq Assosiasiyasının (LuxAZ) təşkilatçılığı ilə “İncəsənət birləşdirir” adlı Beynəlxalq Qadın Sərgisi açılıb.
“17 qadın. 17 hekayə. Bir sənət yolçuluğu” devizi ilə təşkil olunan sərgidə müxtəlif ölkələri təmsil edən 17 qadın sənətkarın rəsm, keramika, saxsı, əl işi çanta və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir.
Açılış mərasimində mədəniyyət, incəsənət, ictimai və işgüzar dairələrin nümayəndələri, eləcə də sənətsevərlər daxil olmaqla 200-ə yaxın qonaq iştirak edib. LuxAZ mədəniyyət mərkəzinin rəsm müəllimi Aynur Qasımovanın təşəbbüsü ilə gerçəkləşdirilən layihənin məqsədi qadın sənətkarların yaradıcılığını tanıtmaq, mədəniyyətlərarası dialoqu və xalqlar arasında dostluq əlaqələrini gücləndirməkdir.
XQ