Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-də yaşayan həmyerlimiz, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə onun dostu Elnur Eltürk sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, o, bu təyinatadək ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.