Soydaşımızın əsərləri Türkiyə keramika simpoziumunda

21.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarabağ Universiteti incəsənət fakültəsinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, bədii şüşə sənətçisi Məhər Məhərrəmovun elmi məqaləsi və 3 bədii əsəri Türkiyədə keçirilən I Beynəlxalq Çanaqqala Keramika Simpoziumunun proqramına daxil edilib.

Avqustun 11-dək davam edəcək simpozium Çanaqqala On səkkiz Mart Universiteti, Çanaqqala Keramika Araşdırma, İnkişaf və Tətbiq Mərkəzi, Çanaqqala Bələdiyyəsi və “Kaleseramik” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir. Müxtəlif ölkələrdən alimləri, rəssamları və tədqiqatçıları bir araya gətirən bu platforma keramika və dekorativ sənətin nəzəri-praktik istiqamətlərini işıqlandırır.

Azərbaycanlı sənətkarın “Karvan”, “Dərviş” və “Primavera” adlı 3 bədii şüşə əsəri simpozium çərçivəsində beynəlxalq sərginin ekspozisiyasında yer alıb. Müəllifin fərdi üslubunu əks etdirən bu əsərlər milli-mədəni irsimizin müasir şüşə sənətindəki interpretasiyası kimi xarici sənətsevərlərə təqdim olunur.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью