Soydaşlarımız İsveçdə deputat seçildilər FOTO

07.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsveç Krallığında ölkənin qanunverici orqanı olan Riksdaqa, eləcə də 21 regional və 290 bələdiyyə şurasına növbəti ümumi seçkilər keçirilib.

“Yeni Sabah” xəbər verir ki, səsvermənin yekun nəticələrinə əsasən, İsveçin müxtəlif aparıcı siyasi partiyalarını təmsil edən 6 nəfər soydaşımız müvafiq orqanlara seçilərək mandat əldə edib.

Belə ki, İsveç Sosial-Demokrat Fəhlə Partiyasının üzvü və partiyanın nəqliyyat siyasəti üzrə rəsmi sözçüsü Aylin Nuri İsveç Parlamentinə deputat seçilib. Toyuqlu pizza

Mərkəz Partiyasının üzvü Aidə Kərimli isə seçkilərin nəticəsində Vastra Gotaland Region Şurasının üzvü və İsveç Parlamentinin əvəzedici deputatı olub.

Mərkəz Partiyasının üzvü Turan Əliyev Partille Bələdiyyə Şurasına, Yaşıllar Partiyasının Haninge təşkilatının rəhbəri Aytac Quliyeva Haninge Bələdiyyə Şurasına, Mühafizəkarlar Partiyasının üzvləri Aygün Ələkbərova Alvkarleby Bələdiyyə Şurasına, Rihad Ələkbərov isə Gavle Bələdiyyə Şurasına seçkilərdə qalib gəliblər.

Soydaşlarımızın İsveçin müxtəlif siyasi partiyalarına üzvlüyü və fərqli səviyyələrdə seçkili orqanlarda təmsil olunması onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakının göstəricisi kimi qiymətləndirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью