Soydaşlarımızın geri qayıdışı istiqamətində beynəlxalq təşkilatlarda aparılan fəaliyyət da…
Icma.az bildirir, Demokrat.az portalına istinadən. "Qərbi Azərbaycan İcması yenidən təşkil olunduğu müddətdən daxili və xarici siyasətdə apa
İcma bir sıra beynəlxalq təşkilatlara məktublar, müraciətlər ünvanlamışdır.
Hər bir müraciətin mətnində soydaşlarımızın geri qayıdışı, Qərbi Azərbaycanda məhv edilən maddi mədəni irsimiz, deportasiyalar nəticəsində zərər görən qeyri-maddi mədəni irsimiz haqqında məlumat verilib".Bu sözləri Demokrat.az-a Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib:"Soydaşlarımızın geri qayıdışı istiqamətində dünyanın bütün beynəlxalq təşkilatında aparılan fəaliyyət davam edir.
BMT, Avropa İttifaqı və bir sıra təşkilatlarda Qərbi Azərbaycan İcmasının üzvləri həqiqətlərin çatdırılması istiqamətində çıxışlar edir.
BMT-nin "Ümumdünya insan hüquqları" bəyənnaməsinin 13-cü maddəsinin 2-ci bəndinə əsasən qərbi azərbaycanlıların geri qayıdış hüququ var.
Onlar öz ölkələrinin sərhədlərini tərk etməyə məcbur ediliblər.
Ermənistan tərəfinin hər hansı şəkildə yayınması onu məsuliyyətdən azad etmir.
Qərbi Azərbaycan İcmasının əsas məqsədlərindən biri həqiqətlərin təbliği, soydaşlarımızın geri qayıdışı və hüquqlarının müdafiəsi sistemində aparılan işlərdir.
Tam oxu
Xəbəri oxu