Soyğunçuluq edən şəxs saxlanıldı KONKRET

31.01.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Sumqayıtda soyğunçuluq hadisəsi qeydə alınıb.

Bu barədə KONKRET.aza Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə sosial şəbəkələrdə elan yerləşdirib.

Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью