Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən həftə Haaqa həbsxanasında vəfat edən Bosniya serblərinin keçmiş ordu komandiri Ratko Mladiçin cənazəsi hökumət təyyarəsi ilə Belqrada aparılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb .
Belqrad hava limanında Serbiya bayrağı ilə örtülmüş tabutu Mladiçin oğlu və nəvəsi, eləcə də ölkənin ədliyyə naziri Nenad Vuiç müşayiət edirdi. Cəsəd sonra hərbi hospitala aparılacaq və orada autopsiya aparılacaq.
Adı açıqlanmayan serb nazir Mladiç üçün dövlət səviyyəsində genişmiqyaslı dəfn mərasiminin keçiriləcəyini dildirib. Serbiya mediası vida mərasiminin sentyabrın 5-də paytaxtın mərkəzində keçiriləcəyini xəbər verir. Mladiçin qızının yanında dəfn ediləcəyi bildirilir.
Serbiya Prezidenti Aleksandr Vuçiç Mladiçin dəfn mərasimində onminlərlə insanın iştirakını gözlədiyini deyib.
Avropa İttifaqı artıq Serbiyanı mümkün nəticələr barədə xəbərdar edib. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, Mladiçi müharibə cinayətkarı kimi tərifləmək Avropa dəyərlərinə ziddir. Xorvatiyanın Baş naziri Andrey Plenkoviç isə bəyan edib ki, əgər Serbiya Mladiç üçün dövlət səviyyəsində dəfn mərasimi təşkil edərsə, bu, Aİ-nın “qapılar”ını həmin ölkənin üzünə bağlaya bilər.
Xatırladaq ki, 1992-1995-ci illərdə Bosniya müharibəsi zamanı soyqırım və müharibə cinayətləri törətdiyinə görə ömürlük həbs cəzası çəkən Bosniya serb ordusunun keçmiş generalı Ratko Mladiç avqustun 27-də Haaqadakı BMT-nin saxlanma mərkəzində vəfat edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər: qəhrəman Ratko Mladiç
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin