Şoyqu: Avropa Trampı aldada bilər

16.07.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Təsadüfi deyil ki, yeni müdafiə büdcəsinin ilk nəticələri Donald Trampın prezidentlik müddəti başa çatan 2029-cu ilə qədər yekunlaşacaq".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu deyib.

O, bildirib ki, Avropa ölkələri ABŞ prezidenti Donald Trampı aldada və müdafiə xərclərinin artırılması üzrə öhdəliklərini yerinə yetirə bilməyəcəklər.

"İstisna etmək olmaz ki, aldatmağı öz xarici siyasət strategiyasının ayrılmaz elementinə çevirən avropalılar öz öhdəliklərindən dönərək Ağ Ev rəhbərini aldatmağı planlaşdırırlar", - Şoyqu vurğulayıb.

Təhlükəsizlik Şurasının katibi hesab edir ki, Avropa ölkələri hiylələrə əl ata bilər və yolların, körpülərin, nəqliyyat qovşaqlarının və digər mülki infrastrukturun tikintisi xərclərini əlaqəli xərclər kimi qəbul edə bilər. 

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью