Şoyqu Çinə işgüzar səfərə gedib | Icma.az
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinə işgüzar səfərə gedib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Pekin beynəlxalq hava limanında Şoyqunu Rusiyanın Çindəki səfiri İqor Morqulov və Çinin xarici işlər nazirinin müavini Liu Bin qarşılayıb.
Şoyqunun Çinin yüksək vəzifəli şəxsləri ilə Moskva-Pekin münasibətləri və iki ölkənin təhlükəsizliyi ilə bağlı danışıqlar aparacağı bildirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu