Şoyqu Kim Çen In ilə görüş üçün Pxenyana səfər edib

04.06.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Prezident Vladimir Putinin tapşırığı ilə Pxenyana səfər edib.

Bizimyol.info xəbər verir ki, Rusiya mətbutının yazdığına görə, səfər çərçivəsində onun Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ilə görüşü planlaşdırılır. Bu, Şoyqunun son iki ayda KXDR-ə ikinci səfəridir.

Rusiya Təhlükəsizlik Şurası məlumat verib ki, danışıqlarda Rusiya-KXDR Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin həyata keçirilməsi, Koreyanın Kursk vilayətinin azad edilməsindəki rolu və Ukrayna ətrafındakı vəziyyət müzakirə olunacaq.

Şoyqu bildirib ki, Rusiya və KXDR arasında münasibətlər sürətlə inkişaf edir və bu əməkdaşlıq 2025-ci ildə də yüksək səviyyəli qarşılıqlı səfərlərlə davam edəcək. Avqustda Dövlət Dumasının sədri Vyaçeslav Volodin, oktyabrda isə Dmitri Medvedevin Pxenyana səfəri planlaşdırılır.

Rusiya rəsmisi koreyalı döyüşçülərin tarixi rolunu yüksək qiymətləndirərək, KXDR-in Rusiyaya göstərdiyi siyasi dəstəyin ölkənin müstəqil xarici siyasətindən irəli gəldiyini vurğulayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью