Şoyqunun taleyi ipdən asılıdır : Hərəkətə keçib

06.03.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqu keçmiş birinci müavini Ruslan Çalikovun həbsindən sonra çox narahatdır. 

Təhlükə altında olduğunu hiss edir və diqqəti özündən yayındırmaq istəyir. Bunun üçün, o, Andrey Belousov barədə kompromat toplamağa başlayıb.

"Cebheinfo.az" xəbər verir ki,  bu barədə Rusiyanın teleqram kanalları yazır.

Müdafiə Nazirliyindəki mənbə deyir ki, Şoyqu Andrey Belousovu ləkələmək üçün kampaniya hazırlayır. Şoyqunun tərəfdarlari bu ittihamları şərh etmir. "Lakin məlum olub ki, Belousov haqqında kompromat toplanır ki, onu Şoyqudan daha pis göstərmək mümkün olsun. 

Müxtəlif səviyyələrdə kompromat toplanır. Nəticədə Belousov hərbi sahədə korrupsiya və oğurluq, ordunun döyüş qabiliyyətinin azalması, azad edilmiş ərazilər barədə yalan (məsələn, Kupyansk), cəbhədə böyük itkilər və digər günahlarda ittiham edilə bilər”, — deyə vəziyyətlə tanış mənbə bildirir.

Mənbəyə görə, Şoyqu məsələyə kompleks yanaşır və Belousovu hətta Müqəddəs Matrona Moskovskayanın qalıqlarının itirilməsində günahlandırmaq  istəyir. Bildirilir ki, keçən ilin aprelində qalıqlar ukraynalıların atəşi nəticəsində cəbhədə itirilmişdi. 

Belousov onu əsgərlərin dua etməsi üçün göndərmişdi. Şoyqu bunu əsas götürərək onun haqqında “dinsizlik və bütün Rusiya üçün dəyərli qalıqların itirilməsi” ittihamı irəli sürmək niyyətindədir.

Şoyqu bütün topladığı kompromatı bir-iki ay ərzində Prezident Vladimir Putinə təqdim etməyi planlaşdırır.

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью