Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Avropanın bir neçə ölkəsində supermarketlərin soyuducu sistemlərinə kiberhücumlar həyata keçirilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində bəzi soyuducuların temperaturu 50 dərəcəyədək yüksəlib, tonlarla ərzaq məhsulu yararsız hala düşüb.
Məlumata görə, Belçika, İsveç, Lüksemburq, Finlandiya, İrlandiya, Estoniya, İtaliya, Niderland və Portuqaliyada insidentlər qeydə alınıb.
Belçikada bir mağaza təxminən 15 min avro dəyərində ət məhsulunun məhv olduğunu açıqlanıb.
İsveçdə isə “Coop” şəbəkəsinin altı mağazası hücumdan zərər çəkib.
Hakerlərin kimliyi və hücumların arxasında kimin dayandığı hələ müəyyən edilməyib.