Soyuducunuz yaxşı soyutmur? Səbəb bu hissədə ola bilər

08.11.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Soyuducunun əvvəlki kimi yaxşı soyutmaması hər zaman ciddi texniki nasazlıq demək deyil. Bəzən buna cihazın uzun müddət təmizlənməyən hissələri səbəb olur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, soyuducunun arxa və ya alt hissəsində yerləşən kondensator borularında toz və kirin toplanması istiliyin xaric edilməsini çətinləşdirə bilər.

Nəticədə soyuducu lazımi temperaturu saxlamaq üçün daha çox işləyir, elektrik enerjisi sərfiyyatı artır və soyutma zəifləyə bilər.

Mütəxəssislər kondensatorun istehsalçının təlimatlarına uyğun təmizlənməsini tövsiyə edirlər. Təmizliyə başlamazdan əvvəl cihaz elektrik şəbəkəsindən ayrılmalıdır.

Problem davam edərsə, soyuducunun termostatı, qapı rezinləri və digər texniki hissələri mütəxəssis tərəfindən yoxlanılmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью