Soyuq ayaqlar ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər

26.01.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Podoloq Manu Vidal bildirib ki, həmişə soyuq ayaqlar ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Redaktor.az xəbər verir ki, onun sözlərini "El Economista" nəşri yayıb.

Vidalın fikrincə, insanların ayaqlarının daima soyuq olmasının birinci səbəbi zərərli vərdişlərdir, məsələn, siqaret çəkmək və spirtli içkilərdən istifadə. Bundan əlavə, dar corab və ayaqqabılar da bu vəziyyətə təsir göstərir. Həkimin sözlərinə görə, qan dövranının pozulması da belə problemi provokasiya edə bilər və bu, hipertoniya, hiperxolesterinemiya və ateroskleroz kimi ürək-damar xəstəlikləri ilə əlaqədardır.

Bundan əlavə, daima soyuq ətraflar fiziki aktivliyin az olduğu həyat tərzinin nəticəsi ola bilər.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью