Soyuq aylarda kefsiz olmağın səbəbi bu imiş

19.11.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kant adına Baltik Federal Universitetinin alimləri tələbələr arasında yaz aylarında depressiya və narahatlıq hallarının artmasının əsas səbəbinin vitamin D çatışmazlığı olduğunu müəyyən ediblər.

Gununsesi.info xəbər verir ki, araşdırmaya görə yazda tələbələrdə depressiya və təşviş hallarının sayı payızla müqayisədə iki dəfə çoxdur.

Səbəb isə günəş işığının azalması ilə vitamin D səviyyəsinin kəskin düşməsi sayılır. Tədqiqat göstərib ki, yazda tələbələrin qanında vitamin D-nin miqdarı təxminən iki dəfə azalır. Bu dövrdə tələbələrin 47,9 faizində ciddi çatışmazlıq müşahidə olunub. Payızda isə bu göstərici cəmi 5 faizdir.

Ümumilikdə 194 tələbənin iştirak etdiyi araşdırmada həm vitamin D göstəriciləri, həm də psixoemosional vəziyyət xüsusi testlərlə qiymətləndirilib. Alimlər bildirirlər ki, region səviyyəsində ilk dəfə vitamin D çatışmazlığı ilə mövsümi psixi dəyişikliklər arasında bu qədər aydın əlaqə qeydə alınıb.

Tədqiqatın rəhbəri, tibb üzrə fəlsəfə doktoru, BFU-nun dosenti Andrey Tarasov deyib:

“Vitamin D səviyyəsinin mütəmadi yoxlanması və vaxtında korreksiya edilməsi tələbələrin psixoemosional sağlamlığının qorunmasında mühüm rol oynayır. Optimal vitamin D səviyyəsi depressiya və narahatlıq riskini ciddi şəkildə azaldır”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью