Soyuq ayların təhlükəli qidası Zəhərli göbələyi zəhərsizdən necə ayıraq? | Icma.az
Icma.az, Medicina saytına istinadən bildirir. Bu günlərdə Xaçmazda iki qadının göbələkdən zəhərlənərək ölməsi bu qida məhsulundan istifadədə
Meşə və talalardan toplanan, eləcə də bazarlarda, yol kənarlarında satılan göbələklərdən hazırlanan qidalarda nələrə diqqət etməliyik?
Yaz-payız aylarında artan göbələk zəhərlənmələrindən yayınmaq üçün nə etməliyik?Göbələyin zəhərsiz növ olduğuna necə əmin olaq?Mövzu ilə bağlı qida mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya bildirib ki, ilk növbədə göbələyi haradan aldığımıza diqqət etməliyik:"Göbələklərin bir çox növü var.
Zəhərli, yeməli və ikisinin qarışığı olan göbələklər... Ən çox zəhərlənmələr mənşəyi bəlli olmayan göbələklərdən yaranır.
Amma Xaçmazdakı hadisədəki kimi meşələrdən toplanan göbələklər də zəhərlənmə verə bilir.
Çünki onların da zəhərsiz növ olduğuna əmin olmaq lazımdır. Zəhərli göbələklərdə xoşagəlməz qoxu olur.
Meşədən toplananlarda rəngi, üstündə xallar, ləkələr olması bunun əlamətidir.
Amma bəzən hamının çox sevdiyi şampinyonabənzər zəhərli göbələklər də olur.
Tam oxu
Xəbəri oxu