“Soyuq Günəş”in “Yarməd”i evləndi Video

16.11.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun oğlu Sənan Kazımov evlənib.

“Qafqazinfo” xəbər verir ki, o münasibətdə olduğu həmkarı, Gənc Tamaşaçılar Teatrının aktrisası Aygün Fətullayeva ilə ailə həyatı qurub.

Cütlük ötən gün rəsmən nikah bağlayaraq bu barədə görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, onların nişanı bu ilin avqust ayında baş tutub. Sənan və Aygünün toyu isə bu ay keçiriləcək.

Onu da bildirək ki, S. Kazımov “Soyuq Günəş” filmində “Yarməd” obrazı ilə tanınır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью