Soyuq hava infarkt riskini belə artırır

02.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Soyuq hava zamanı damarların daralması arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, havanın temperaturunun kəskin dəyişməsi xüsusilə uşaqlara, yaşlılara və xroniki xəstəlikləri olan insanlara daha çox təsir göstərə bilər. Onun sözlərinə görə, bu qruplarda termorequlyasiya sistemi daha həssasdır.

G.İsmayılova qeyd edib ki, soyuq hava zamanı damarların daralması arterial təzyiqin yüksəlməsinə, bununla da infarkt və insult riskinin artmasına səbəb ola bilər. Soyuq temperatur tənəffüs yollarında spazm yaradaraq xüsusilə xroniki tənəffüs xəstəlikləri olan insanlarda tutmaları və xəstəliyin kəskinləşməsini artırır.

Terapevtin sözlərinə görə, temperatur dəyişiklikləri baş və oynaq ağrılarını da gücləndirə bilər. Payız aylarında qastrit və mədə xorası kimi mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi də müşahidə oluna bilər.

Mütəxəssis bu səbəbdən həssas və xroniki xəstəlikləri olan insanların mövsüm keçidlərində sağlamlıqlarına daha çox diqqət yetirməli olduqlarını vurğulayıb.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью