Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Havaların soyuması ilə insanlar bədəni isidən içkilərə xüsusilə çaya daha çox üstünlük verirlər.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, soyuq günlərdə çay əvəzinə su içmək orqanizm üçün daha faydalıdır.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, soyuq havada bədən daha çox susuzlaşır.
Bunun əsas səbəbi isə insanın soyuqda susuzluğu daha az hiss etməsidir.
Bu səbəbdən gündəlik su qəbulu normadan aşağı düşür və orqanizm susuz qalır.
Qidalanma ekspertlərinin fikrincə, çay suyun yerini tam əvəz etmir: Çay sidikqovucu təsirə malikdir, buna görə də orqanizmdən suyu daha tez xaric edir.
Suyun həzm sisteminə təsiri daha güclüdür -maddələr mübadiləsini aktivləşdirir və qəbizliyin qarşısını alır.