Soyuq havada sürücülər qızdırıcını hansı rejimdə işlətməlidir? ARAŞDIRMA

18.11.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Soyuq havalarda avtomobilin salonunun daha tez və bərabər isinməsi üçün havalandırma sisteminin düzgün tənzimlənməsi vacibdir. Xüsusilə hava axınının ayaq nahiyəsinə yönəldilməsi salonun istilik komfortunu yaxşılaşdıra bilər.

Avtosfer.az xəbər verir ki, “AeroJAX” tərəfindən aparılan simulyasiyada hava axınının müxtəlif istiqamətlərə yönəldilməsinin temperatur paylanmasına təsiri nümayiş etdirilib.

Nəticələrə əsasən, Defrost/Defog rejimində orta hava temperaturu 17,6°C, Floor/Feet rejimində isə 19,5°C olub. Bu isə isti havanın ayaqlara yönəldilməsinin salonun aşağı hissəsinin daha yaxşı isinməsinə kömək etdiyini göstərir.

Ayaqlara yönəldilən isti hava tədricən salonun digər hissələrinə də yayılaraq ümumi istilik komfortunu artıra bilər.

Qeyd edək ki, şüşələrdə buxarlanma və ya buzlanma olduqda görünüş məsafəsinin qorunması üçün Defrost rejimindən istifadə etmək vacibdir.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью