Soyuq havalarda avtomobil necə işə salınır?

22.01.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Soyuq havalarda avtomobili düzgün işə salmaq mühərrikin ömrü üçün olduqca vacibdir.

Ölkə.az xəbər verir ki, avtomobili ilk dəfə işə salarkən edilən kiçik səhvlər zamanla yanacaq sərfiyyatının artmasına, performansın azalmasına və lazımsız xərclərə səbəb ola bilər.

Soyuq havalarda avtomobil necə işə salınır?

- Əvvəlcə kontakı çevirməzdən əvvəl bir neçə saniyə gözləyin. Elektron sistemlərin özünü hazırlamasına imkan verin.

- Avtomobili işə salarkən qaza basmayın. Mühərrik soyuq olanda əlavə yüklənməməlidir.

- Yağın mühərrik daxilində düzgün şəkildə dövr etməsi üçün, mühərrik işə düşdükdən sonra 30–60 saniyə boş rejimdə gözləyin.

- İlk bir neçə kilometr sakit sürün. Yüksək dövrə, soyuq mühərrik üçün riskdir.

Edilməməli olanlar:

Qaz verərək işə salmaq;

Dərhal yüksək dövrəyə çıxmaq;

Soyuq mühərrikə yük salmaq.

Unutmayın ki, vaxtında texniki xidmət böyük nasazlıqların qarşısını alır.

Həmidə İbrahimova

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью