Soyuq havalarda tez tez duş qəbul etmək təhlükəlidir?

29.09.2025

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə damar cərrahının izahına əsasən, soyuq havada tez-tez yuyunmaq sağlamlıq üçün risk yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Mirror" nəşrində məlumat paylaşılıb.

Onların sözlərinə görə, kəskin temperatur dəyişiklikləri orqanizmdə stress yaradır və bu da qəfil damar spazmına səbəb ola bilər. Nəticədə damar müqaviməti artır, ürəyə əlavə yük düşür.

Qeyd olunur ki, risk qrupuna ürək-damar xəstəlikləri olanlar və zəif immunitetli şəxslər daxildir. Mütəxəssislər belə insanlara duşdan sonra tez geyinməyi və yaş saçla gəzməməyi tövsiyə ediblər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью